SON XƏBƏRLƏR

Azərbaycanlı müəllim Elyas Talibinin həbsinə dair hökmün müddəti uzadılıb

2021.10.20, 07:36
Azərbaycanlı müəllim Elyas Talibinin həbsinə dair hökmün müddəti uzadılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı müəllim Elyas Talibinin həbsindən 80 gün keçdiyi bir vaxtda, onun həbsinə dair hökm 2 ay müddətinə uzadılıb.

 

Bu barədə Təbrizli müəllim, məhbus Talibi 2011-ci il may ayının 4-də (ordibeheşt ayının 14-də) qısa telefon əlaqəsində bildirib.

 

Məlumata görə, Cənab Talibi zindanda olduğu müddətdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları onun ailəsi ilə əlaqə saxlayıb və ailə üzvlərini təhdid ediblər. ETTELAAT məmurları bildiriblər ki, Elyas bəyin şəkili yayılmamalıdır. Həmçinin Kütləvi İnformasiya Vasitələrinə onunla bağlı heç bir müsahibə vəya məlumat verilməməlidir, əks halda məhbusun durumuna öz mənfi təsirini göstərəcək.

 

Adını çəkdiyimiz azərbaycanlı müəllim Təbrizin qeyri-intifai məktəblərində müəllimliklə məşquldur və “Traxtur” futbol taxımının (timinin) tərəfdarlarından biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar