SON XƏBƏRLƏR

Azərbaycanlı jurnalist Əbülfəzl Vüsali həbs olunub

2021.10.20, 07:36
Azərbaycanlı jurnalist Əbülfəzl Vüsali həbs olunub

Gunaz.tv

GünAz TV: “Saqi Təbriz” həftəliyinin jurnalisti, «Nedaye Azərbaycan» qəzetinin keçmiş müdir-məsulu cənab Əbülfəzl Vüsali həbs olunub.

 

Məlumata görə, Güney Azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Ə. Vüsali mayın 3-də (ordibeheştin 13-də) saxlanılıb.

O 6 aylıq həbs cəzasına dair məhkəmə hökmünün icrası üçün Təbriz zindanına aparılıb.

 

Ə. Vüsali 2006-cı il may hadisələri (xurdad hadisələri, milli qiyam) ilə bağlı xəbərləri mütəmadi «Nedaye Azərbaycan» qəzetində işıqlandırmaqla İranda milli ayrı-seçkilik salmaqda ittiham olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar