SON XƏBƏRLƏR

İranda daha 2 nəfər edam edilib

2021.10.20, 07:36
İranda daha 2 nəfər edam edilib

Gunaz.tv

GünAz TV: İran İslam Cümhuriyyətində edamlar davam etməkdədir. Bu gün səhər İranın Mazandaran əyalətinin Sari şəhərində 2 nəfər edam olunub.

Trend-in İranın MEHR xəbər agentlyinə istinadən yaydığı məlumata görə, Sari şəhər prokurorluğundan (dadistanlığından) bildirilib ki, həmin şəxslər narkotik (məvadde moxəddir) alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar.

Beynəlxalq KİV-in (Kütləvi İnformasiya Vasitələrinin) məlumatına əsasən, 2011-ci ilin əvvəlindən indiyədək İranda narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə 80 nəfərə yaxın şəxs edam olunub.

BMT (Birləşmiş Millətlər Təşkilatı) və “Amnesty International” dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikadakından (amardan) daha çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar