SON XƏBƏRLƏR

İranda 71 yaşlı bəhaiyə qarşı inanılmaz Təhqir...

2021.10.20, 07:36
İranda 71 yaşlı bəhaiyə qarşı inanılmaz Təhqir...

Gunaz.tv

İranda bir həftə əvvəl tutulmuş, bəhai dininə mənsub 71 yaşlı Vəcihulla Mirzə Gülpurun əl-ayağını qandallayıb 3 saat şəhərdə gəzdiriblər.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, hadisə mayın 3-də ölkənin Mazandaran əyalətinin mərkəzində - Sari şəhərində baş verib.

 

Vəcihulla Mirzə Gülpura verilən işgəncə bununla bitmir. Onun xanımı jurnalistlərə bildirib ki, yoldaşına zindanda da işgəncələr verilib. Məhbus bəhainin özü xanımına deyib ki, onu dəfələrlə döyüb təhqir ediblər, ondan yalançı etiraflar almaq üçün başını bir neçə dəfə divara çırpıblar.

 

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşayır. Amma İran Konstitusiyası (Anayasası) bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası (Cümhuriyyəti) bərqərar edildikdən bu günə qədər ölkədə 200-dən çox bəhai edam olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar