SON XƏBƏRLƏR

İranda siyasi çəkişmə dərinləşir

2021.10.20, 07:36
İranda siyasi çəkişmə dərinləşir

Gunaz.tv

GünAz TV: Əhmədinjat ayətullah Xameneinin tədbirini boykot edib. Prezidentin ETTALAT-ın rəhbərini hökumətin iclasından qovduğu bildirilir.

İran prezidenti Mahmud Əhmədinejadın son addımı onunla dini lider ayətullah Xamenei ilə arasında ciddi fikir ayrılığının yarandığı haqda fikirləri dərinləşdirib. Dini liderin Fatimeyi-Zəhranın (ə) ölüm günü ilə əlaqədar təşkil etdiyi ənənəvi mərasimdə prezident görünməyib.

Tehranın dini xadimlərindən biri deyib: «Biz seçkiqabağı kampaniya dövründə mərkəzçi baxışlara sadiq olduğunu deyən insandan belə davranış gözləmirdik. Mənə məlumdur ki, Əhmədinejadın ən yaxın silahdaşları da onun bu rəftarından narazıdır».

Bundan başqa İran prezidenti Mahmud Əhmədinejadın ETTELAAT rəhbəri Heydər Moslehini hökumət iclasından qovduğu barədə məlumat yayılıb.

“Media forum” xəbər verir ki, İranın “Fararu.com” saytı mayın 4-də ETTELAAT rəhbərinin Əhmədinejadın əmri ilə hökumət iclasını tərk etdiyi barədə məlumat yayıb. Amma Prezident Administrasiyasının rəsmisi bu xəbəri təkzib edərək bildirib ki, Əhmdinejad iclası Moslehi zalı tərk etdikdən sonra açıq elan edib. Onun sözlərinə görə, nə prezidentin iclasa gecikməsi qeyri-adi hal sayılır, nə də hansısa nazirin hökumət iclasını tərk etməsi.

Bəzi İran mənbələrinin yaydıqları digər bir məlumatda isə bildirilir ki, Əhmədinejad iclasdan əvvəl deyib ki, ETTELAAT rəhbəri iclasda olsa, mən hökumət iclasına qatlmayacağam. Məhz bundan sonra Moslehi iclası tərk etmək məcburiyyətində qalıb.

İranın daha iki media quruluşu - “Jomhourieslami” saytı və “Fars” xəbər agentliyi ETTELAAT rəhbərinin hökumət iclasından çıxarılması ilə bağlı yayılan xəbərləri təkzib etsə də, İran prezidentinin rəsmi portalında - “President.ir” saytında mayın 4-də keçirilmiş hökumət iclasından yayılan şəkillərdə ETTELAAT rəhbəri Heydər Moslehi yoxdur.

Aprelin 17-də ETTELAAT rəhbəri Moslehi istefa versə də, dini rəhbər ayətullah Əli Xamneyinin göstərişi ilə o, dərhal öz postuna qaytarılıb. Məsələyə aydınlıq gətirən bir sıra saytlar Moslehinin onunla ixtilafı olan prezidentin təzyiqi ilə istefaya məcbur edildiyini yazıb. Aprelin 19-da ayətullah Xamneyi Moslehiyə məktub yazaraq ona açıq dəstək verib. Bundan sonra prezident Mahmud Əhmədinejad 10 gün işə çıxmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar