SON XƏBƏRLƏR

“Traxtur-Səba” yarışından sonra tutuqlanan soydaşlarımızdan son xəbər

2021.10.20, 07:36
“Traxtur-Səba” yarışından sonra tutuqlanan soydaşlarımızdan son xəbər

Gunaz.tv

GünAz TV: Təbrizdə “Traxtur”la “Səba” taxımları arasında keçirilən futbol müsabiqəsindən sonra baş tutan Etiraz Göstərisində təxminən 100 nəfər yaxalanmışdı.

 

Şahidlərin dediyinə görə, tutulanların təxminən 40  nəfəri yeniyetmə və tələbədir.

 

Tutulanlardan 32 nəfəri ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) vəya Təbriz zindanına aparılıb, qalanı isə birinci axşam sorğu-suala tutulduqdan sonra azad ediliblər. Onlardan imzalar alınıb.

 

Həbs olunan soydaşlarımızın 26-nin kimliyi bunlardan ibarətdir:

-         Hadi Həmidi Şəfiq

-         Bəhmən Məhərrəmi

-         Mehdi Babai

-         Doktor Məhəmməd Bafəndə

-         Əli Yari

-         Səccad Mahmudi

-         Məhəmməd Purməhəmməd

-         Peyman Şücai (yeniyetmə)

-         Sasani

-         Həmzə Rəsuli

-         Əmir kuh beluri

-         Əli Əmanət

-         Milad Əbdülzadə

-         Səccad Qeybi

-         Səid Qeybi

-         Behzad Behrmən

-         Vəhid Babazadə

-         Milad Məhəmmədiyan

-         Ətabək Cabbari

-         Səməd Muradi

-         Mehdi Nuri

-         Qurban Qurbanzadə

-         Bəhmən Məhərrəmi

-         Məhəmməd Rafei

-         Kazim Sövgili

-         Hüseyn Mehrabi

 

Yuxarıda qeyd etdiyimiz tutuqlananlardan 2-si birinci gün (doşənbə) azad edilib. qalan 30 nəfər isə hələdə həbsdə saxlanılırlar.

 

Azadlığa buraxılanlar zəmanət qarşılığında müvəqqəti sərbəst buraxılıblar.

 

Xatırladaq ki, bir neçə gün öncə (2011-cı il may ayının 1-ı, 1390-cı il ordibeheşt ayının 11-ı) Təbrizin Səhənd stadiomunda (stadionunda) keçirilən futbol müsabiqəsi qarşıdurmalarla yadda qaldı. Bu yarışda hakimin açıq-aşkar ayri-seçkiliyə yol verməsi və ədalətsiz qərarları xüsusi ilə ilk öncə qəbul etdiyi penalti qərarını sonra rədd etməsi “Traxtur” tərəfdarlarının sərt etirazına səbəb oldu.

Etirazlar stadiom (stadion) daxili, stadiom ətrafı və Təbrizin müxtəlif yerləri xüsusi ilə Abrəsan Meydanına çəkildi. Bu etirazlarda təxminən 100 nəfər soydaşımız yaxalandı, onlarla böyük və uşaq yaralandı və döyüldü.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar