SON XƏBƏRLƏR

Edama məhkum edilmiş Yunis Aqayan Urmu zindanının karantininə köçürülüb

2021.10.20, 07:36
Edama məhkum edilmiş Yunis Aqayan Urmu zindanının karantininə köçürülüb

Gunaz.tv

GünAz TV: Əhli-Haqq məzhəbinə mənsub, Qoşaçaylı məhbus soydaşımız Yunis Aqayan Urmu zindanının karantininə köçürülüb.

 

Bu barədə onun atası “mokriyan news”a məlumat verib. O bildirib ki, dünən Urmu zindanının məmurları Yunis Aqayanı zindanın karantininə aparıblar.

 

Onun karantinə köçürülməsinin səbəbi ilə bağlı hələlik heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, Yunis Aqayan Qoşaçayın Üçtəpə kəndi sakinləri daha bir neçə nəfərlə birlikdə baş verən qarşıdurmaya görə yaxalanıb. O məhkəmədə mühakimə olunub və edam cəzasına məhkum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar