SON XƏBƏRLƏR

Müstəntiq Hadi Həmidi Şəfiqin mülki vəsiqəsini qəbul etməyib

2021.10.20, 07:36
Müstəntiq Hadi Həmidi Şəfiqin mülki vəsiqəsini qəbul etməyib

Gunaz.tv

GünAz TV: keçən bazar günü “Traxtur-Səba” müsabiqəsindən sonrakı Etiraz Göstərisində tutuqlanan azərbaycanlı fəal Hadi Həmidi Şəfiqin mülki vəsiqəsi qəbul edilməyib.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, Cənab Həmidi Şəfiqin azad edilməsi üçün onun ailəsi tərəfindən mülki vəsiqə təqdim olunub. Ancaq təxminən 20000 dollar (20 milyon tümən) dəyərində olan mülki vəsiqə, müstəntiq  Haşimzadə tərəfindən rədd edilib. O bildirib ki onun dosyesi üzərində hələdə işlənilməlidir və Həmidi Şəfiq bir daha ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə göndərilə bilər.

 

Xatırladaq ki, bazar günü “Traxtur-Səba” müsabiqəsindən sonra tutuqlanan azərbaycanlı fəal cənab Hadi Həmidi Şəfiq Təbrizin mərkəzi zindanına köçürülüb. Cənab Həmidi Şəfiq barəsidə təxminən 20000 dollarlıq (20 milyon tümənlik) mülki vəsiqə müəyyənləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar