SON XƏBƏRLƏR

Türk təşkilatları Obamaya məktub ünvanladı: “Terrorla mübarizədə bəlli standartların olması vacibdir”

2021.10.20, 07:36
Türk təşkilatları Obamaya məktub ünvanladı: “Terrorla mübarizədə bəlli standartların olması vacibdir”

Gunaz.tv

GünAz TV: ABŞ-da (Amerika Birləşmiş Ştatlarında) fəaliyyət göstərən Türk təkşilatları prezident Barak Obamaya “terrorizmə qarşı qlobal (kürəsəl) standartlar” çağırışı ilə müraciət edib.

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Türkiyə-Amerika cəmiyyətləri Assambleyası (məclisi, qurumu) “Əl-Qaidə” lideri Usama bin Ladenə qarşı aparılan əməliyyatdakı uğura görə Barak Obamanı təbrik edib. Bununla yanaşı məktub müəllifləri terrorizmə qarşı qlobal standartların ortaya çıxarılmasını da vacib sayıb.

Türk əsilli amerikalıların fikrincə, bu standartlar terrorun maliyyələşdirilməsinin dayandırılması və terrorizmi dəstəkləyənlər də daxil olmaqla PKK terrorunun məğlubiyyətə uğradılması ilə müəyyənləşməlidir. 

Məktubda terror təşkilatı olan PKK-nın 35 min insanın ölümundə bais olduğu xatırlanır. Müraciətdə Barak Obamaya İslam ilə terrorun qarışdırılmaması çağırışı da var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar