SON XƏBƏRLƏR

Bin Ladenlə birgə öldürülmüş terrorçuların şəkilləri yayıldı – FOTO

2021.10.20, 07:36
Bin Ladenlə birgə öldürülmüş terrorçuların şəkilləri yayıldı – FOTO

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) xüsusi təyinatlılarının «Əl-Qaida» lideri Üsəma Bin Ladenin məhvilə nəticələnmiş əməliyyatından sonra çəkilmiş fotolar yayılıb.

 

şəkillər əməliyyatdan sonra terrorçunun yaşadığı mənzilin içərisində və çölündə çəkilib. Şəkillər arasında Bin Ladenlə birgə öldürülmüş terrorçuların qanlı görüntüləri də var. «1 nömrəli terrorçu»nun öz fotoları isə yayımlanmayıb. Bu barədə Milli.Az xəbər portalı «İTAR-TASS»a istinadən xəbər yayıb.

 

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama «əlavə zorakılıqlara yol verməmək üçün» Bin Ladenin cəsədinin fotolarını yayımlamağı qadağan edib. Digər terrorçuların şəkilləri də rəsmən açıqlanmayıb. Onların jurnalistlərin əlinə necə düşdüyü bilinmir.

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar