SON XƏBƏRLƏR

Suriyada kütləvi həbslər rekord səviyyəyə çatıb

2021.10.20, 07:36
Suriyada kütləvi həbslər rekord səviyyəyə çatıb

Gunaz.tv

GünAz TV: Hərbçilərin paytaxt Dəməşqə bağlı qəsəbələrdən evlərə basqın edərək çox sayda müxalifətçini həbs etdiyi bildirilir.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, İnsan haqları təşkilatları aksiyaların (yürüşlərin) başlamasından etibarən 8 min insanın həbs edildiyini və ya itkin düşdüyünü qeyd ediblər.

 

Həbs edilən müxalifətçilərin çoxunun dövlətin nüfuzuna zərbə vurma ittihamı ilə 3 ilə qədər həbs cəzasına məhkum edilə biləcəyi bildirilir.

Ölkədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çıxarılıb.

 

Humus şəhəri yaxınlığındakı RAstan qəsəbəsi tank və zirehli avtomobillər tərəfindən mühasirəyə alınıb.  Keçən cümə günü 1`7 nəfərin öldüyü qəsəbədə baş verənlər haqda məlumat almaq mümkün deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar