SON XƏBƏRLƏR

GAİP Azərbaycan Cümhuriyyətinin prezidenti İlham Əliyevə müraciət edib

2021.10.20, 07:36
GAİP Azərbaycan Cümhuriyyətinin prezidenti İlham Əliyevə müraciət edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Azərbaycan Respublikasının (Cümhuriyyətinin) prezidenti İlham Əliyevə açıq məktubla müraciət ünvanlayıb.

 

GAİP tərəfindən yazılan Açıq Məktubu olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikasinin Prezidenti Ali Cənab İlham Əliyev,

Dünyada yaşayan bütün Azərbaycanlıların qibləsi və umudu Azərbaycan Cumhuriyətidir. Böyük vətənimizin bir parçasının müstəqil və millətlər arasında başı uca durmağı bizim fəxrimizdir. Güney Azərbaycanın gələcəği və səadəti yolunda çalışan Güney Azərbaycan İstiqlal Partisi (GAİP) dəfələrcə Azərbaycan Cumhuriyətinin gələcəğinin Güney Azərbaycandan ayrı olmadığını, və bütün dünya Azərbaycanlılarının istiqbalı sizin dahi lidərliğinizlə olacağını vurqulamışdır.Mərhum  Prezident Cənab Heydər Əliyevin xaricdə yaşayan vətəndaşlarımıza münasib və müvafiq nəzəri və sizin dahi liderliğiniz idarəsində olan vətənimizin özgür parçası hər Azərbaycanlının iftixarıdır. Güney Azərbaycanda insan haqları yolunda çalışan və İran İslam diktatorluğunun basqısından qaçqın vəya sürgün düşən vətəndaşların bəzisi Azərbaycan Cumhuriyətinə mültəci olarak sığınmışlar. Bu sığınmacılara haq etdikləri kimin Azərbaycan Cumhuriyətinin vətəndaşlığını rahatlık yaratmaq üçün onlara nəzərə almanızı istəyirik. Əlbəttə ki dünyada hər özünü Azərbaycanlı bilen şexsin iqtidarlı Azərbaycan Cumhuriyətindən başqa baxacağı, özünü bağlı biləcəği, və gedəcəği yer yoxdur.Əlavə olaraq uzun illər boyu İran İslam basqısına məruz qalan Güney Azərbaycandan qaçqın vəya sürgün düşən və xaricdə yaşayanlara vətəndaşlıq rahatlığını sağlamanızı sizin ali məqamınızdan tələb edib, istəyirik. Sizin və ali devlətimizin uyqun görəcəği bu yöntəm, Güney Azərbaycan vətəndaşının xaric ülkələrdə əriyib getməsini önləyəcəkdir.Sizə bütün Azərbaycan namına minnətdarlığımızı bıldırırık.Dərin hörmətlərimizləGüney Azərbaycan İstiqlal Partisi  3 May. 2011”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar