SON XƏBƏRLƏR

Qardaş ölkə Türkiyə öz Tankını istehsal edəcək - FOTO

2021.10.20, 07:36
Qardaş ölkə Türkiyə öz Tankını istehsal edəcək - FOTO

Gunaz.tv

GünAz TV: Müdafiə naziri Vecdi Könül tankın mayın 10-da İstanbulda keçiriləcək İDEX-2011 sərgisində təqdim ediləcəyini bildirib.

500 milyon dollarlıq layihə çərçivəsində 4 prototip (əvvəliyyə nümunə) hazırlanacaq və bunlar 2015-ci ilədək orduya təhvil veriləcək.

 

Türkiyənin Müdafiə Sənayesi Katibliyi “Otokar” şirkəti ilə 2007-ci ildə tank hazırlanmasına dair saziş imzalayıb. Tenderdə Cənubi Koreyanın “Hyundai” və Almaniyanın “KMW” şirkəti də iştirak edib.

 

 “Hyundai” şirkəti tenderin qalibi olub və “K-2 Black Panther” tanklarının istehsal texnologiyasının da Türkiyəyə verilməsi qərara alınıb. “Altay” gələcəkdə türk ordusunun arsenalındakı (mohemmat anbarı) alman modeli “Leopard 1A/2A” və Ammerikan istehsalı “M48” və “M60”ları əvəz edəcək.

 

 60 tonluq “Altay” tankı 120 mm-lik top, 12.7 mm-lik pulemyot (müsəlsəl) və “Aselsan” naviqasiya sistemləri (navbəri sistemləri) ilə təchiz ediləcək. Maksimal sürəti 70 km/saat olan tankın maya dəyəri 5.5 milyon dollar təşkil edəcək. Lent.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar