SON XƏBƏRLƏR

Tehranda keçirilən “Perspolis-Əl-İttihad” müsabiqəsi Səudiyyə Ərəbistanı əleyhinə Etiraz Göstərisinə çevirilib

2021.10.20, 07:36
Tehranda keçirilən “Perspolis-Əl-İttihad” müsabiqəsi Səudiyyə Ərəbistanı əleyhinə Etiraz Göstərisinə çevirilib

Gunaz.tv

GünAz TV: Mayın 3-də Tehranın “Azadlıq” stadionunda (stadiomunda) İranın “Perspolis” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol komandalarının (taxımının) oyunu siyasi aksiya (etiraz yürüşü) ilə müşayiət olunub.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, 200-ə yaxın qara geyinmiş “Bəsic” könüllüsü əllərində Bəhreyn bayrağı dalğalandıraraq Səudiyyə Ərəbistanı kralına və hökumətinə qarşı kəskin şüarlar səsləndirərək bu ölkənin hərbi qüvvələrinin Bəhreyndən çıxmasını tələb edib.

Polis qüvvələri “Amerikaya ölüm”, “İsrailə ölüm”, “Al-Xəlifəyə ölüm”, “Al-Səuda ölüm”, “Al-Səud qatildir”, “Al-Səud xaindir” və “Bəhreyn, Bəhreyn” şüarları səsləndirən aksiyaçıların əllərindəki Bəhreyn bayraqlarını alıb. Aksiyaçılarla hüquq mühafizə qüvvələri arasında qarşıdurmada bir neçə nəfər ağır yaralanıb, onlarla aksiyaçı tutulub.

Fevral ayında Bəhreyn Krallığında hökumətə qarşı aksiyalar keçirilib. Martın 15-də Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb. Bundan sonra İran tərəfi Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib. Hazırda bu məsələyə görə ərəb ölkələri ilə İran arasında diplomatik gərginlik hökm sürür, bu ölkələrin rəsmilərinin dilindən qarşılıqlı hədələr eşidilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar