SON XƏBƏRLƏR

Bin Ladinin vəsiyyəti açıqlanıb

2021.10.20, 07:36
Bin Ladinin vəsiyyəti açıqlanıb

Gunaz.tv

GünAz TV: Bin Ladeninin vəsiyyətini Küveytin "Əl Ənbaa" qəzeti dərc edib. O, övladlarından istəyib, "Əl Qaeda" terror təşkilatına qoşulmasınlar.

 

"Əl Qaeda" terror şəbəkəsinin lideri, Pakistanın Abbotabad şəhərində xüsusi əməliyyat nəticəsində məhv edilmiş Üsama bin Ladenin vəsiyyəti açıqlanıb. O, övladlarından təvəqqe edib ki, "Əl Qaeda" terror təşkilatına qoşulmasınlar. Bu barədə Milli.Az xəbər portalı "The Guardian"a istinadən xəbər yayıb.

 

Bin Ladeninin vəsiyyətini Küveytin "Əl Ənbaa" qəzeti dərc edib. Qəzet bildirir ki, vəsiyyət 2001-ci ilin dekabrın 14-də, 11 sentyabr teraktlarından və ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) xüsusi xidmət təşkilatlarının Bin Ladeninin ovuna çıxmasından sonra yazılıb.

 

Vəsiyyətdə bin Laden "cihada meylli" olduğu üçün övladları ilə ünsiyyətə yetərincə vaxt ayıra bilməməsinə təəssüfləndiyini bildirir. Vəsiyyətdə bin Laden arvadlarına onun ölümündən sonra yenidən ərə getməyi də qadağan edir.

 

Kompüterdə çap edilmiş 4 səhifəlik sənəddə bin Laden ətrafındakı insanların xəyanəti nəticəsində qətlə yetiriləcəyini də yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar