SON XƏBƏRLƏR

Ərəb ölkələrindən İranlı generala kəskin cavab

2021.10.20, 07:36
Ərəb ölkələrindən İranlı generala kəskin cavab

Gunaz.tv

GünAz TV: Mayın 3-də İran körfəzinin 6 ərəb ölkəsinin - Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər və Səudiyyə Ərəbistanının daxili işlər nazirləri birgə bəyanat yayaraq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadinin son bəyanatına kəskin reaksiya (əksüləməl) verib.

 

Həsən Firuzabadi aprelin (April) 30-da jurnalistlərə açıqlamasında fars körfəzinin başdan-başa İrana məxsus olduğunu demişdi: “Fars körfəzi həmişə İrana məxsus olub, olacaq da”.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, nazirlərin bəyanatda deyilir ki, Həsən Firuzabadinin açıqlaması “təhrikçi” xarakter daşıyaraq bölgədəki qonşu ölkələr arasındakı dinc yanaşı yaşamaq prinsiplərinə (əsllərinə, ilkələrinə) xələl gətirir: “Bu körfəz ərəb körfəzidir və həmişə də ərəb körfəzi olaraq qalacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar