SON XƏBƏRLƏR

2 aprel (13 fərvərdin) Göstərisində yaxalanan 5 nəfər soydaşımıza hökm oxunub

2021.10.20, 07:36
2 aprel (13 fərvərdin) Göstərisində yaxalanan 5 nəfər soydaşımıza hökm oxunub

Gunaz.tv

GünAz TV: Aprel ayının 2-də (fərvərdin ayının 13-də) Urmu Gölü ilə bağlı keçirilən Etiraz Göstərisində yaxalanan soydaşlarımızın 5-nə məhkəmə hökmü oxunub.

 

Hökmə görə, Təbrizin Azərbaycan meydanında yaxalanan Həbib Purvəli, Cəlil Ələmdar Milani, Höccət Muxtarzadə, Əli Səlimi və Səid Siyami 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 

Adını məkdiyimiz ətraf-mühit tərəfdarlarının ittihamı milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və ümumi asayişi pozmaqdan ibarətdir. Verilən 6 aylıq həbs cəzası birinci ittihama görədir. İkinci ittiham üçün isə sonra qərar veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar