SON XƏBƏRLƏR

Məhbus Hüseyn Nəsirinin məzuniyyətə çıxmasına icazə verilməyib

2021.10.20, 07:36
Məhbus Hüseyn Nəsirinin məzuniyyətə çıxmasına icazə verilməyib

Gunaz.tv

GünAz TV: Zindan şurasının razılığına baxmayaraq, azərbaycanlı məhbusun Təbriz zindanından məzuniyyətinə icazə verilməyib.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, zindana baxan hakim Qadir Naccari və Təbrizin ümumi və İnqilab dadsərasının prokuroru (dadistanı) Musa Xəlilüllahi bu məzuniyyətə qarşı çıxıblar.

 

Qadir Naccari və Musa Xəlilüllahinin qarşı çıxması isə Hüseyn Nəsirinin məzuniyyətdə olan zaman ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) çağırışı ilə razılaşıb və ETTELAAT idarəsinə müraciət etməməsidir.

 

Xatırladaq ki, cənab Nəsiri keçən il Urmu Gölü ilə bağlı keçirilən 2 aprel (13 fərvərdin) Etiraz Yığıncağında yaxalanıb. O bu günə qədər həbsdədir və yalnız bir dəfə məzuniyyət haqqında istifadə edə bilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar