SON XƏBƏRLƏR

Bin Ladenin cəsədinin şəkilləri və basdırılmasının videosu yayımlanacaq

2021.10.20, 07:36
Bin Ladenin cəsədinin şəkilləri və basdırılmasının videosu yayımlanacaq

Gunaz.tv

GünAz TV: “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin cəsədinin şəkilləri və onun basdırılmasının videosu yaxın günlərdə yayımlanacaq.

 

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqondakı iki mənbə açıqlama verib.

 

Qeyd edək ki, bin Ladenin dənizdə batırılmasının videoya yazıldığı artıq məlumdur. Onun öldürülməsi anlarının vidoyazısının olub-olmadığı isə hələ də məlum deyil.

 

ABŞ (Amerika Birləşmiş Ştatları) prezidentinin terrorla mübarizə məsələləri üzrə müşaviri Con Brennan materialların (video görüntülər) açıqlanması üzərində düşündüklərini etiraf edib. Onun sözlərinə görə, bu materialların açıqlanmasından sonra heç kimin “bir nömrəli terrorçunun” ölümünə şübhəsi qalmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar