SON XƏBƏRLƏR

Qəzvində partlayış: 2 ölü, 20 yaralı

2021.10.20, 07:36
Qəzvində partlayış: 2 ölü, 20 yaralı

Gunaz.tv

GünAz TV: Dünən axşam Güney Azərbaycanın Qəzvin əyalətinin Əlborz sənaye şəhərciyində kimyəvi məhsullar istehsal edən “Bonyan” şirkətinə aid zavodda (karxanədə) partlayış baş verib.

 

Partlayış güclü yanğına səbəb olub, nəticədə 2 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

 

Məlumata görə, yanğın söndürülüb, yaralılar Qəzvinin Rəcayi xəstəxanasına yerləşdiriliblər. Onlardan 3 nəfərin vəziyyəti ağır olduğundan Tehran şəhər xəstəxanalarına aparılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar