SON XƏBƏRLƏR

İki gün öncə yaralanan azyaşlının atasından imza alınıb

2021.10.20, 07:36
İki gün öncə yaralanan azyaşlının atasından imza alınıb

Gunaz.tv

GünAz TV: İki gün öncə “Traxtur-Səba” müsabiqəsindən sonrakı Etirazlarda yaralanan 10 yaşlı Siyamək Rafeinin atası yaxalanıb sonra isə azad edilib.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, elektrikli batum (dubinka, dəyənək) zərbəsi nəticəsində müvəqqəti iflicə düçar olan Siyaməkin atası xəstəxanadan çıxdıqdan  sonra Polisin Təhlükəsizlik Bölməsi əməkdaşları tərəfindən yaxalanıb. Məlumata görə,  “Traxtur” müsabiqələri və Etiraz Göstərilərində bir daha iştirak etməməklə bağlı ondan imza alındıqdan sonra azad edilib.

 

Həmçinin diqqətinizə çatdıraq ki, son Etiraz Göstərisində yaralananların çoxu müalicə aldıqdan sonra xəstəxananı tərk ediblər.

 

Şahidlərdən biri İmam Rza xəstəxanasına müraciət edən yaralananlardan ən azı 5-nin yaxalandığını bəyan edib. Onların kimliyi barədə hələlik heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar