SON XƏBƏRLƏR

6 nəfər Azərbaycanlı fəalın Məhkəmə İclası keçirilib

2021.10.20, 07:36
6 nəfər Azərbaycanlı fəalın Məhkəmə İclası keçirilib

Gunaz.tv

GünAz TV: Mərhum Çingiz Bəxtavərin dəfn mərasimində yaxalanan azərbaycanlı fəallardan 6-nın məhkəmə iclası keçirilib.

 

Əlihüseyn Təhəmtən, İbrahim Fərəczadə, İbrahim Asimani, Rza Əbri, Hadi Murtaza Silab və Məhəmmədrza Yusifinin məhkəmə iclası Təbrizin İnqilab Məhkəməsində keçirilib.

 

Hakim iclasın başlanğıcında sistemin əleyhinə təbliğ, milli təhlükəsizliyin əleyhinə cəhd göstərmək, ictimaiyyəti təşvişə salmağa çalışmaq, partürkist qruplarda üzv olmaq, sayberi sahədə sistemin əleyhinə fəaliyyət göstərmək və “Traxtur” tərəfdarlarını təhrik etmək kimi ittihamlar irəli sürüb.

 

Müttəhimlər isə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən döyülüb və işgəncə olduqlarını və müstəntiqlərin pis münasibətini bəyan ediblər.

Məhkəmə iclası 2 saat sürüb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəallar daha bir neçə nəfərlə birlikdə (1388-ci ilin dey ayında) mərhum Çingiz bəxtavərin dəfn mərasimində tutuqlanıb və bir müddət həbsdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar