SON XƏBƏRLƏR

Daha 2 nəfər Azərbaycanlı fəal tutuqlanıb

2021.10.20, 07:36
Daha 2 nəfər Azərbaycanlı fəal tutuqlanıb

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Herana”-ya istinadən yaydığı məlumata görə, 2 nəfər azərbaycanlı fəal Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıblar.

 

Hadi Həmidi Şəfəq və Milad Məhəmmədiyan iki gün öncə “Traxtur-Abrəsan” müsabiqəsindən sonra keçirilən Etiraz Göstərisində Təbrizin Abrəsan Meydanında yaxalanıblar.

 

“Herana”nın yaydığı məlumata görə, qeyd etdiyimiz müsabiqədən sonra “Traxtur” tərəfdarları Etiraza qalxıb, onlardan 100 nəfərdən çoxu stadiomun (stadionun) çıxışında yaxalanıb. Həmçinin şəhərin başqa məhəllələri xüsusi ilə Abrəsan meydanında “Traxtur” tərəfdarları ilə Hökumət Qüvvələri arasında şiddətli qarşıdurma yaşanıb.

 

Qarşıdurmada zorakılığa yol Polis Qüvvələri əhaliyə qarşı hücuma keçib, onları döyüb və yaralayıblar. Yaralananlar içində 11 yaşlı uşaqda var.

 

Azərbaycanlı fəallar Hadi Həmidi Şəfəq və Milad Məhəmmədiyan isə sözü gedən qarşıdurmada tutuqlanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar