SON XƏBƏRLƏR

Ümid edirəm ki, Bin Ladenə qarşı qurulan ittifaq PKK-ya qarşı da qurular

2021.10.20, 07:36
Ümid edirəm ki, Bin Ladenə qarşı qurulan ittifaq PKK-ya qarşı da qurular

Gunaz.tv

GünAz TV: Türkiyənin müdafiə naziri Vəcdi Könül terrorla heç bir yerə getməyin mümkün olmadığını söyləyib.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Müdafiə naziri terror təşkilatının lideri Üsamə Bin Ladenin öldürülməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Könül "Türkiyənin də məruz qaldığı hücumlar dünya ilə birlikdə diqqətə alındığı zaman bu olayı  terrorla heç bir nəticə əldə edilməyəcəyinin bir sübutu kimi dəyərləndirirəm" deyib.

 

Müdafiə naziri "Bütün dünya Bin Ladenə qarşı necə ittifaq qurdusa, ümid edirəm ki, PKK-ya qarşı da eyni ittifaqı qurar" deyə əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar