SON XƏBƏRLƏR

“Əl-Qaidə” terror təşkilatının lideri Bin Ladenin cəsədi dənizdə batırıldı

2021.10.20, 07:36
“Əl-Qaidə” terror təşkilatının lideri Bin Ladenin cəsədi dənizdə batırıldı

Gunaz.tv

GünAz TV: Hakimiyyət orqanları onun qəbrinin ziyarətgaha çevrilməməsini istəyiblər.

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin cəsədi dənizdə batırılıb. Lent.az-ın “CNN” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə telekanalın mənbələri bildiriblər.

“CNN” qeyd edir ki, Amerika hökuməti müsəlman adət-ənənələrinə uyğun olaraq bin Ladenin cəsədini dərhal basdırmaq qərarına gəlib. Bununla yanaşı, onun qəbrinin gələcəkdə ziyarətgaha çevrilməsinin qarşısının alınması məqsədilə, cəsəd dənizdə batırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar