SON XƏBƏRLƏR

Prezident Obama: “Bin Laden məhv edilib”

2021.10.20, 07:36
Prezident Obama: “Bin Laden məhv edilib”

Gunaz.tv

GünAz TV: Pakistanın Abbottabad şəhərində keçirilən xüsusi əməliyyat zamanı “Əl-Qaidə” terror şəbəkəsinin başçısı Usamə bin Laden öldürülüb.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu bəyanatla mayın 1-də axşam ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama televiziya efirindən çıxış edib.

Prezident bildirib ki, bir nömrəli terrorçunun cəsədi hazırda ABŞ xüsusi xidmət orqanlarının əlindədir.  

“Ədalət zəfər çaldı”, - deyə Obama bildirib.

Onun sözlərinə görə, bin Laden 2011-ci il mayın 1-də keçirilən əməliyyat zamanı öldürülüb. Əməliyyatda amerikalıların kiçik bir qrupu iştirak edib və onlardan xəsarət alan olmayıb. ABŞ prezidenti deyib ki, bin Ladenin izinə 2010-cu ilin avqustundan düşmək mümkün olub, onun dəqiq yeri isə ötən həftə müəyyənləşdirilib.

Qeyd edək ki, ABŞ 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra bin Ladeni məhv etmək üçün müxtəlif əməliyyatlar keçirirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar