SON XƏBƏRLƏR

Babək Hüseyni Müqəddəm mühakimə olunub

2021.10.20, 07:36
Babək Hüseyni Müqəddəm mühakimə olunub

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol taxımı tərəfdarı, Azərbaycanlı fəal cənab Babək Hüseyni Müqəddəm keçən günlərdə mühakimə olunub.

 

O aprel ayının 26-ı (ordibeheştin 6-ı) Təbrizin İnqilab Məhkəməsində mühakimə edilib. Ancaq məhkəmə prosesi və onun haqqında çıxarılan qərar barədə heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, hazırda Təbriz zindanının mali bölümündə həbsdə saxlanılan Hüseyni Müqəddəm, 2011-ci il mart ayının 31-i (fərvərdinin 11-i) Təbrizin səhənd stadiomunda (stadionunda) “Traxtur” taxımının müsabiqələrinin birində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar