SON XƏBƏRLƏR

Təbrizdə “Traxtur” tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurma yaşanıb, yaralanan və tutulanlar var

2021.10.20, 07:36
Təbrizdə “Traxtur” tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurma yaşanıb, yaralanan və tutulanlar var

Gunaz.tv

GünAz TV: Dünən Təbrizin “Traxtur” futbol taxımı (timi) ilə Qum şəhərinin “Səba” taxımı arasında keçirilən müsabiqədən sonra, Təbrizdə qarşıdurma yaşanıb.

 

2011-ci il may ayınının 1-də (ordibeheştin 11-də) keçirilən müsabiqədən sonra “Traxtur” tərəfdarları səhənd stadioumunun (stadionunun) ətrafı və Təbrizin müxtəlif yerlərində xüsusi ilə Abrəsan Meydanında toplaşıb, avtomobillər siqnal çalıb və soydaşlarımız “Azərbaycan var olsun, İstəməyən kor olsun” kimi milli şüarlar səsləndiriblər.

 

Onlar hakimin yol verdiyi ədalətsizliyi qarşı öz etirazlarını bildiriblər. Məlumata görə müsabiqənin son dəqiqələrində hakim, hakim yardımcısının elan etdiyi penaltini rədd edib və bununlada “Traxtur”un məğlubiyyətinə şərait yaranıb. Bu yarış (2 – 1) hesabı ilə “Səba” taxımının xeyirinə yekunlaşıb.

 

Öyrənci saytı “tək turan”dan əldə etdiyi məlumat əsasında bildirir ki, ayri-seçkilik siyasətindən təngə gələn “Traxtur” tərəfdarları ilə Hökumət qüvvələri arasında stadiom (stadion) ətrafında şiddətli qarşıdurma olub.

Qarşıdurma zamanı polis və bəsic (hökumət tərəfdarları, yarım sılahlı dəstələr) qüvvələri xüsusi motosikletlər və gözyaşardıcı qazla hücuma keçiblər. “Traxtur” tərəfdarları isə özlərini daşla qorumağa başlayıblar. Soydaşlarımızın müqaviməti polis və bəsic qüvvələrini geri oturdub.

 

Hökumət Qüvvələri Həm stadiom ətrafı, həmdə Abrəsan Meydanında var gücləri ilə hücuma keçiblər. Onlar qarşılarına keçən insanları hətta uşaqları belə döyüb və onlardan bir çoxunu yaralayıblar. Hətta 10 yaşlı bir uşaq aldığı elektrik batum (dubinka, dəyənək) zərbəsindən keçici iflicə düçar olub və İmam Rza xəstəxanasına aparılıb. bir çox etirazçı baş nahiyyəsindən yaralanıb və ilkin təxminə görə 100 nəfərdən çox insan tutuqlanıb.

 

Polis qüvvələri avtomobillərin şüşələrini sındırıblar. Hətta bu səhnənin filmlərinində olduğu bildirilir.

 

Polis Qüvvələri Abrəsan Meydanında da gözyaşardıcı qazdan istifadə edib və qarşıdurma nəticəsində bir çox “Traxtur” tərəfdarını yaralayıblar.

 

Daha bir məlumata görə, “Traxtur” tərəfdarlarından birinin oldüyü ehtimal edilir. Ancaq bu haqda hələlik dəqiq məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar