SON XƏBƏRLƏR

Amerika Suriya rəsmilərinə qarşı sanksiya (təhrim) tətbiq edib

2021.10.20, 07:36
Amerika Suriya rəsmilərinə qarşı sanksiya (təhrim) tətbiq edib

Gunaz.tv

GünAz TV: Sanksiyalara əsasən onların Amerikadakı hesabları dondurulacaq və amerikalıların onlarla biznes əlaqəsi yasaqlanacaq.

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) 3 Suriya rəsmisi, Suriyanın kəşfiyyat agentliyi (ettelaat ajansı) və Suriyada hökumət əleyhinə nümayişlərdəki roluna görə İranın islam İnqilabı Qvardiyasına (Sepah) qarşı sanksiyalar (təhrimlər) tətbiq edir.

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Sanksiyalar ABŞ prezidenti tərəfindən rəsmən təsdiq edilib. Sanksiyalara əsasən onların Amerikadakı hesabları dondurulacaq və amerikalıların onlarla biznes əlaqəsi yasaqlanacaq.

Saksiyalar simvolik mahiyyət daşısa da, ABŞ Suriya prezidenti Bəşar Əl-Əsədin nümayişçilərə qarşı təzyiqlərinin əleyhinə olduğu üçün bu ölçüyə əl atır. Saksiyaya məruz qalan Suriya rəsmilərinə prezidentin qardaşı, Suriya ordusunun 4-cü diviziyasının (bəxşinin) briqada (tip) komandiri Mahir Əl-Əsəd, qohumu, Dəraanın Siyasi Təhlükəsizlik idarəsinin sabiq rəhbəri Atif Nəcib və Suriyanın Kəşfiyyat agentliyinin direktoru Əli Mamluk daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar