SON XƏBƏRLƏR

Suriyada qan su yerinə axır

2021.10.20, 07:36
Suriyada qan su yerinə axır

Gunaz.tv

GünAz TV: Aprelin 29-da Suriyanın bir neçə iri şəhərində keçirilmiş etiraz aksiyaları (yürüşləri) zamanı ən azı 55 nəfər həlak olub. Bu barədə Agence France-Presse hüquq müdafiəçilərinə istinadən məlumat verir.

Deraa şəhərində 32 dinc sakin və 4 hərbçi qətlə yetirilib.

Xoms şəhərində 15 sakinin həlak olduğu bildirilir. Bundan əlavə, Suriya daxili işlər nazirliyi şəhərdə 3 polis əməkdaşının həlak olduğu barədə məlumat yayıb.

Latakiya liman şəhərində isə bir nəfər həlak olub.

Bəzi məlumatlara görə, Suriyada etiraz aksiyaları başladığı gündən həlak olanların sayı 500 nəfərə yaxınlaşır. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar