SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarından milli-demokrası uğrunda daha bir addım

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarından milli-demokrası uğrunda daha bir addım

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol taxımının (timinin) tərəfdarları, keçirilən hər “Traxtur” yarışında İran rejiminin anti-demokrası tutumuna qarşı öz etirazlarını dilə gətirirlər.

 

Artıq İranın daxili və xaricində, xüsusi ilə Mediada dartışılan “Traxtur”  tərəfdarlarının tələbi ara vermədən davam edir. Diqqətə layiq məqam ondan ibarətdir ki, bu tələblər dinc və mədəni şəkildə istənilir və humanizm prinsiplərinə (ilkə) söykənir.

 

Məlumata görə, “Traxtur”un növbəti müsabiqəsində taxım (tim) tərəfdarlarının yeni addımına şahid olacayıq. Onlar keçən günlərdə Əhvaz şəhərində ərəb kökənli dinc aksiya (yürüşdə) iştirakçılarının Təhlükəsizlik Qüvvələri tərəfindən öldürülməsini qınayıb və bu barədə şüarlar səsləndirəcəklər. “Traxtur” tərəfdarları bu vasitə ilə milli ayri-seçkiliyə məruz qalan ərəblərə öz dəstəklərini nümayiş etdirəcəklər.

 

əldə olunan məlumata görə, Bu zəmində “Azərbaycan bizimdir – Əhvaz ərəblərindir” və “Urmu-Xəzər bizimdir , Xəlic ərəblərindir” kimi şüarlar səsləndiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar