SON XƏBƏRLƏR

Sayınqalalı milli-mədəni fəallar millət vəkillərindən yardım istəyiblər

2021.10.20, 07:36
Sayınqalalı milli-mədəni fəallar millət vəkillərindən yardım istəyiblər

Gunaz.tv

GünAz TV: Bir qrup Sayınqalalı milli-mədəni fəal Qoşaçay (Minadoab), Sayınqala (Saindej) və Tikantəpənın (Tekab) millət vəkillərinə məktub yazıblar.

 

Milli-mədəni fəallar qeyd etdiyimiz şəhərlərin millət vəkilləri Cahanbəxş Mohebbiniya və Səfər (Mehdi) İsazadə cənablarından Urmu Gölü ilə bağlı yardım tələb ediblər.

 

Məktubda Urmu Gölünün qurumasının Azərbaycan və ətraf bölgələrə vuracağı ağır ziyandan danışılıb. Vurğulanıb ki, Gölün quruyacağı təqdirdə nəinki Azərbaycan hətta qonşu vilayətlər (ostanlar) və ölkələrdə ziyan görəcəklər. Göl quruyarsa Gölün yerində qalan duz külək vasitəsi ilə ətraf bölgələrə yayılıb və bununlada həm insanların sağlamlığı həmdə əkin yerləri üçün faciələr yaranacaq.

 

Azərbaycanlı fəallar sonda adını çəkdiyimiz millət vəkillərindən tələb ediblər ki, Urmu Gölünün quruması və bu mövzu ilə bağlı təzyiqə məruz qalan və tutuqlanmış Azərbaycanlıların hüqunun bərpası məsələsini parlamentdə qaldırsınlar. Milli-mədəni fəallar əlavə ediblər ki, Azərbaycan xalqı siz millət vəkillərinin arxasındadır, o üzdən bu məsləni axıra qədər təqib etmək lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar