SON XƏBƏRLƏR

Güney Azərbaycanlı siyasi məhbuslara yeni Afişalar (pusterlər) həsr olunub

2021.10.20, 07:36
Güney Azərbaycanlı siyasi məhbuslara yeni Afişalar (pusterlər) həsr olunub

Gunaz.tv

GünAz TV: İran rejimi müxtəlif bəhanələrlə Güney Azərbaycanlı mədəni fəallara təzyiq göstərir və onların kütləvi həbslərini həyata keçirir.

 

Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə həyata keçirilən dinc Etiraz Yığıncağından hələ bir ay keçməyib. Aprelin 2-də (fərvərdinin 13-də) tutuqlanan soydaşlarımızın sayı təxminən 100 nəfər oldu.

 

Onlardan 5 nəfəri yenicə mühakimə olundu. Daha 11 milli-mədəni fəal üçün 3 gün öncə məhkəmə iclası quruldu.

 

Hüseyn Nəsirinin həbsindən 1 ildən çox keçir. Xanım Sima Didar isə 6 aylıq həbsinə dair çıxarılan hökmün icrası üçün Təbriz zindanına göndərilib.

 

Milli fəallar həbsdə saxlanılan  soydaşlarımızı dəstəkləmək məqsədi ilə zaman-zaman marağlı və mənalı Afişalar (pusterlər) nümayiş etdirirlər.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar