SON XƏBƏRLƏR

Əhmədinejad yoxa çıxıb

2021.10.20, 07:36
Əhmədinejad yoxa çıxıb

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejadın xalq üçün açıq olan ən son tədbiri 22 aprel (2 ordibeheşt) tarixində olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin tarixdən bu yana İran prezidentinin iki gün ardıcıl olaraq Nazirlər Kabinetinin toplantılarına qatılmaması birmənalı olmayan fikirlərə səbəb olub. Yayılan bəzi məlumatlara görə, onun yoxa çıxmasında ölkənin dini lideri Ayatulla Əli Xamenei ilə aralarında yaranan siyasi anlaşılmazlığın təsiri olub.

Dini liderin təxminən iki həftə əvvəl istefa verən və bu qərarı Əhmədinejad tərəfindən qəbul edilən kəşfiyyat naziri Heydar Muslihinin qərarına veto qoyması ölkənin ən güclü iki siması arasındakı siyasi gərginliyi artırıb. Tez-tez media qarşısına çıxan və demək olar ki, hər gün etdiyi sərt bəyanatları ilə gündəmə gəlməyi sevən İran prezidentinin bu müddət ərzində ictimaiyyətin gözünə görünməməsinin adəti bir hal olmadığı bildirilir.

İranın rəsmi kütləvi informasiya vasitələri isə Əhmədinejadın toplantılara hansı səbəbdən qatılmaması ilə bağlı hər hansı bir xəbər verməyib. Bir çox xəbər saytı isə yazır ki, dövlət başçısı səlahiyyətlərinin məhdudlaşdırılmasına çalışıldığına inandığı üçün reaksiyasını bu şəkildə ortaya qoyub. Müxalifətin internet saytlarından “Rahesabz”ın xəbərinə görə, Qum şəhərinə planlaşdırdığı səfəri ləğv edən Əhmədinejad ətrafındakılara kəşfiyyat nazirinin istefasına veto qoyulmasından qəzəbləndiyini söyləyib.

 

Əhmədinejadın son proseslərdən sonra istefa verməyi düşündüyü iddiaları da gündəmə gəlib. Ərəb mətbuatında çıxan xəbərlərə görə, qərarlarının rədd edilməsinə adət etməyən Əhmədinejad vəzifəsində qalmaq üçün üç şərt irəli sürüb: Muslihinin istefasının qəbul edilməsi, nüvə məsələləri üzrə baş müşavir Səid Celilinin vəzifəsindən azad olunması, İsfəndiyar Rəhm Meşainin yenidən prezidentin Xüsusi Qələm Müdirliyinə gətirilməsi.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar