SON XƏBƏRLƏR

Bu gün Suriyanı “Cümə qəzəbi” gözləyir

2021.10.20, 07:36
Bu gün Suriyanı “Cümə qəzəbi” gözləyir

Gunaz.tv

GünAz TV: Bu gün Suriya müxalifəti cümə namazından sonra hökumət əleyhinə kütləvi aksiyalar (yereşlər) keçiriləcək.

Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, aksiya “Cümə qəzəbi” adı altında keçiriləcək.

Suriyada fəaliyyət göstərən Müsəlman Qardaşları Hərəkatı suriyalıları kütləvi şəkildə aksiyalarda iştirak etməyə çağırıb. Müsəlman Qardaşları Hərəkatının yaydığı bəyanatda qeyd olunur ki, bir sıra şəhərlər ordu tərəfindən mühasirəyə alınsa da, susmaq olmaz.

Suriya Daxili İşlər Nazirliyi isə bəyan edib ki, siyasi aksiya keçirilməsi üçün öncə müraciət edərək icazə almaq lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar