SON XƏBƏRLƏR

Ən böyük su kanalı qardaş ölkə Türkiyədə çəkiləcək

2021.10.20, 07:36
Ən böyük su kanalı qardaş ölkə Türkiyədə çəkiləcək

Gunaz.tv

GünAz TV: Türkiyə hər zaman məşğul Bosfor boğazından yan keçən yeni su yolu inşa edəcək. Bu barədə Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyanat verib.

O, deyib ki, 150 metr enində "İstanbul Kanalı" Qara Dənizi Dardanel boğazı vasitəsilə Egey (Eje) Dənizinə açılan Mərmərə Dənizinə birləşdirəcək.

Cənab Ərdoğan kanalın uzunluğunun 45 kilometr olacağını deyib və bunu "əsrin ən böyük layihəsi" kimi təsvir edib.

O, kanalın dəqiq yerini açıqlamayıb.

Cənab Ərdoğan deyib ki, əsrin ən böyük layihəsi olan İstanbul Kanalı Panama və Süveyş Kanallarını kölgədə qoyacaq.

O, deyib ki, su yolunun dərinliyi 25 metr olacaq və buradan hər gün 160-a yaxın gəmi keçə biləcək.

Cənab Ərdoğan kanalın tikintisinin 2023-cü ildə başa çatacağını deyib və layihənin dəyərini açıqlamayıb.

Baş nazir vurğulayıb ki, su yolu Bosfor sahillərində yaşayan 2 milyon insanı hər il boğazdan daşınan milyonlarla ton riskli materiallardan (maddələrdən) qorumaq üçün tikilir.

"Əsas məqsədimiz Bosfordan keçən nəqliyyatı azaltmaq və ətraf mühit təhlükələrini azaltmaqdır" - deyib cənab Ərdoğan.

Bu bəyanat iyun parlament seçkiləri üçün aparılan kampaniya çərçivəsində verilib.

Dünyada ən dar boğaz olan Bosfor Avropanı Asiyadan ayırır.

Onun sahillərində çoxlu insan yaşayır, çünki Türkiyənin ən böyük şəhəri İstanbul Bosforun sahillərində yerləşir. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar