SON XƏBƏRLƏR

Beynəlxalq Amnistiya Təşkilatı: “İranda açıq edamların sayı artıb”

2021.10.20, 07:36
Beynəlxalq Amnistiya Təşkilatı: “İranda açıq edamların sayı artıb”

Gunaz.tv

GünAz TV: Beynəlxalq Amnistiya Təşkilatı («Amnesty International») İranda açıq edamların sayının kəskin artdığını bildirir.

 

Təşkilatın rəsmisi Haс Sahraui bildirib ki, İran hakimiyyəti bu il 13 adamı asıb, bu rəqəm isə ötən ilin rəqəminə yaxındır.

 

«İran hakimiyyəti bununla adamların gözünü qorxuzmağa çalışır. Bu cür açıq edamlar təkcə qeyri-insani deyil, həm də edama şahidlik edən sıravi adamların insani duyğularını məhv etmək cəhdidir».

 

Beynəlxalq Amnistiya Təşkilatı bildirir ki, İran ötən il 252 adamı edam edib, onlardan 14-ü açıq edam olunub. Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar