SON XƏBƏRLƏR

Milli Hərəkat fəallarının ikinci Məhkəmə İclası keçirilib

2021.10.20, 07:36
Milli Hərəkat fəallarının ikinci Məhkəmə İclası keçirilib

Gunaz.tv

GünAz TV: 11 nəfər tanınmış Milli Hərəkat fəalının ikinci Məhkəmə İclası Təbrizdə 2011-ci il aprel ayının 27-də (ordibeheştin 7-də) keçirilib.

 

Milli Hərəkat Fəalları Mahmud Fəzli, Əkbər Azad, Şəhram Radmehr, Behbud Quluzadə, Yunis Süleymani, Heydər Kərimi, Nəim Əhmədi, Kübra Fərəczadə, Əlirza Əbdullahi, Həsən Rəhimi və Şükrullah Qəhrəmanifərd mühakimə olunarkən, Məhkəmə İclasına vəkillərdən başqa onların ailə üzvlərinin iştirakına icazə verilməyib. Cənab Aydın Xacei isə Çağırış məktubu almadığı üçün məhkəmədə olmayıb.

 

Adını çəkdiyimiz Azərbaycanlı fəallar bir neçə qondarma ittiham, xüsusi ilə millətçilikdə suçlanıblar.

 

Məhkəmə iclasl 40 dəqiqə sürüb. Azərbaycanlı fəallar son müdafiələrini qeyd ediblər. Onlar ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında işgəncə olduqlarını xüsusi vurğulayıblar.

 

Milli Hərəkat Fəallarının 3-cü Məhkəmə İclası 2011-ci il may ayının 2-də (1390-ci il ordibeheşt ayının 12-də) keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar