SON XƏBƏRLƏR

Sima Didarla bağlı BMT-yə (Birləşmiş Millətlər Təşkilatına) müraciət olunub

2021.10.20, 07:36
Sima Didarla bağlı BMT-yə (Birləşmiş Millətlər Təşkilatına) müraciət olunub

Gunaz.tv

GünAz TV: 2011-ci il aprel ayının 16-da (fərvərdinin 27-i) 6 aylıq həbsə dair çıxarılan hökmün icrası üçün Təbriz zindanına aparılan xanım Sima Didarla bağlı BMT-yə (Birləşmiş Millətlər Təşkilatına) Müraciət olunub.

 

Qeyd edək ki, Xanım Didar 2009-cu il may ayının 22-də (1388-ci il xordad ayının 1-i) Təbrizin Ellər Gölü parkında, Şərqi Azərbaycanın bədən tərbiyyəsi idarəsinin təşəbbüsü ilə keçirilən ailəvi yığıncaqda tutuqlanıb, 1 ay saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı. Sözü gedən mərasimdə “Türk dilində mədrəsə” şüarı səsləndirilmişdir.

 

Təbrizin İnqilab Məhkəməsi 2009-ci il noyabr ayının 14-də (1388-ci il aban ayının 23-ü) Sima Didar və onun həyat yoldaşı Əlirza Fərşini sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il müddətinə həbs cəzasına  məhkum etmişdir. Ancaq bir müddət sonra Apelyasiya Məhkəməsi (Dadqahe təcdide nəzər) 1 illik həbs qərarını 6 ay müddətinə düşürmüşdür.

 

Xatırladaq ki, xanım Sima Didar öyrənci “Yaşmaq” dərgisinin sabiq müdir-məsulu, şair və Şərqi Azərbaycanın yerli dərgilərində məqalə yazıçılarındandır. İran rejimi 2009-cu ildə (1388-ci ildə) Onun universitetdə magistr pilləsində (foq lisans) təhsilinə qadağa qoyub.

 

Müraciəti ingiliz dilində aşağıdakı LİNKdən izləyə bilərsiniz:

http://az.azadtribun.net/images/stories/24_4_2011_Sima_Fershi.doc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar