SON XƏBƏRLƏR

AMAT Güney Azərbaycan siyasi məhbusları ilə bağlı Stokholmda informasiya kompaniyası keçirəcək

2021.10.20, 07:36
AMAT Güney Azərbaycan siyasi məhbusları ilə bağlı Stokholmda informasiya kompaniyası keçirəcək

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) Azərbaycanın Güneyindən olan siaysi məhbuslar, xüsusən, Sima Didarın ağır durumu ilə bağlı Stokholmun mərkəzində yerləşən Kungsträdgård parkında informasiya kompaniyası keçirəcək.

Bu informasiya kompaniyasında Güney Azərbaycanda İran rejimi tərəfindən qəddarcasına qətlə yetirilənlərin və siyasi məhbusların fotolarından ibarət sərgi də təşkil olunacaq.

 

Xatırladaq ki, həmin gün, yəni, mayın 1-i Əməkçilər Günüdür və həmin gün çoxlu sayda Stokholm əhalisi Kungsträdgårdenda toplaşırlar. Bu fürsətdən istifadə edib biz öz informasiyamızı onlara çatdırmalıyıq. Elə bu səbəbdən də, soydaşlarımızdan xahiş olunur ki,1 mayda adı çəkilən parkda olmağı özlərinin milli borcu bilib ora gəlsinlər və informasiya kompaniyasında fəal iştirak etsinlər.

 

Zaman: 1 may, bazar günü

Saat: 13:00 –dən 15:00 -ə qədər

Məkan: Kungsträdgården

 

Azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar