SON XƏBƏRLƏR

2 aprel (13 fərvərdin) Yığıncağında tutuqlanan 5 nəfər soydaşımızın Məhkəm İclası keçirilib

2021.10.20, 07:36
2 aprel (13 fərvərdin) Yığıncağında tutuqlanan 5 nəfər soydaşımızın Məhkəm İclası keçirilib

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, aprel ayının 26-da (ordibeheştin 6-ıda) 2 aprel (13 fərvərdin) Yığıncağında tutuqlanan 5 nəfər soydaşımızın məhkəmə iclası keçirilib.

 

Təbrizin İnqilab Məhkəməsində keçirilən iclasda Höccət Muxtarzadə, Cəlil Ələmdar Milani, Həbib Purvəli, Əli Səlimi və Səid Siyami mühakimə olunublar. Cənab Həmlbər hakim və Musa Bərzin xəlifəlu isə müttəhimlərin vəkili olub.

 

Məlumata görə soydaşlarımız ümumi asayiş və təhlükəsizliyi pozmağa cəhd göstərməkdə ittiham olunublar. Ancaq müttəhimlər bu ittihamı rədd ediblər. Onların vəkili isə Urmu Gölünün qurumasına etiraz bildirməyi Azərbaycan xalqının hüququ olduğunu vurğulayıb və müvəkkillərinin suçsuz olduğunu bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar