SON XƏBƏRLƏR

Robert Qeyts: Müəmmar Qəddafi NATO-nun qanuni hədəfidir

2021.10.20, 07:36
Robert Qeyts: Müəmmar Qəddafi NATO-nun qanuni hədəfidir

Gunaz.tv

GünAz TV: Liviya (Libi) lideri Müəmmar Qəddafinin daldalandığı bunker NATO hava qüvvələri üçün «qanuni hədəfdir».

 

Milli.Az xəbər portalının «Associated Press»ə istinadən verdiyi məlumata görə, bunu Pentaqon rəhbəri Robert Qeyts britaniyalı həmkarı Liam Foks ilə keçirdiyi görüşdən sonra bəyan edib.

 

Nazirlər deyib ki, Qəddafinin ordusuna komandanlığı həyata keçirdiyi obyektlər koalisiya (etilaf) qüvvələrinin hədəfindədir. «Hazırda onları hədəf götürməmişik. Amma BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, onları qanuni hədəflərimiz sayırıq», - deyə Qeyts qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar