SON XƏBƏRLƏR

Ermənistanı 300 minə yaxın insan tərk edə bilər

2021.10.20, 07:36
Ermənistanı 300 minə yaxın insan tərk edə bilər

Gunaz.tv

GünAz TV: İndiki siyasi vəziyyət davam edərsə, onda ilin sonuna kimi Ermənistanı 300 minə yaxın insan tərk edə bilər. "Azadinform" bu barədə məlumatı "Aykakan Jamanak" qəzetinə istinadən yayıb.

Qəzetdə dərc edilən məlumata görə, miqrasiyanın (köçün) kəskin şəkildə artması ölkə vətəndaşlarında sabahkı günə inamsızlıqdan yaranır. "Beləliklə də Ermənistanı müharibə dövründən bəri ilk dəfə olaraq ən yüksək miqrasiya həddi gözləyir. Bu prosesin qarşısını almaq üçün isə insanlarda sabahkı günə inamı bərpa etmək gərəkdir. Bunu isə yalnız hakimiyyəti dəyişmək yolu ilə etmək mümkündür", - deyə qəzetin apardığı araşdırmada vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar