SON XƏBƏRLƏR

Qəddafi yalvarır

2021.10.20, 07:36
Qəddafi yalvarır

Gunaz.tv

GünAz TV: Ötən gün sübh çağlarında NATO aviasiyası (havacılıq, həvanəvərdi) yenidən Tripolidə (Trablosda) Muammar Qəddafinin gizləndiyi əraziləri bombardman edib.

Eyni zamanda NATO ölkələrinin hərbi dəniz qüvvələri diktatora sadiq Liviya (Libi) şəhərələri arasında telekommunikasiya (irtibatat) əlaqəsini kəsməyə çalışır. İtaliya isə nəhayət, öz hərbi qüvvələrinin Liviyaya qarşı əməliyyatlarda iştirakına razılıq verib.

Qəddafi rejimi NATO-ya yalvarır

Tripoliyə son hava hücumu zamanı bir neçə ərazidə partlayışlar baş verib və Qəddafinin hava hücumundan müdafiə sisteminin açdığı atəşin səsi eşidilib. Liviya rejiminin sözçüsü Musa İbrahim hücumu «terror aktı və Muammar Qəddafini öldürmək cəhdi» adlandırıb. M.İbrahim beynəlxalq cəmiyyəti «BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) 1973 saylı qətnaməsini pozan bu təcavüzü» qınamağa çağırıb. Rejimin açıqlamalarında artıq qorxu və ümidsizlik açıq-aşkar hiss olunmağa başlayıb: «Biz hücumları dayandırıb Liviya böhranının siyasi yolla nizamlanmasına dair danışıqlara başlamağa çağırırıq. Qiyamçılar və NATO sülhdən qorxur, amma Liviya hakimiyyəti bütün sülh təşəbbüslərinə hazırdır. Biz seçkilər, referendum və keçid dövrü təklif edirik». Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar