SON XƏBƏRLƏR

İranda çörəyin qiyməti yenidən qalxıb

2021.10.20, 07:36
İranda çörəyin qiyməti yenidən qalxıb

Gunaz.tv

GünAz TV: Aprelin 26-dan İranda dörd məşhur çörək növünün qiyməti 25% artırılıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  aprelin 26-da Tehran əyalətinin Kommersiya Palatasının (otaqe bazirqani) rəhbəri Abbas Qubadi çörəkxanalara çörəyin yeni qiymətlərlə buraxılması göstərişi verildiyini bildirib.

Bu gündən Tehranda 700 qramlıq “Səngək” çörəyi 5000 riala (0,50 ABŞ (Amerika Birləşmiş Ştatları) dolları), 600 qramlıq “Bərbəri” 3750 riala (0,37 dollar), 300 qramlıq “Taftun” 2500 riala (0,25 dollar ), 70 qramlıq lavaş 1250 riala (0,13 dollar) satılır. Əyalətlərə çörəyi daha ucuz satmaq səlahiyyəti verilib.  

İranda son aylarda çörəyin qiyməti ikinci dəfə artır. 2010-cu ilin dekabrında qiymət 3 dəfə artmışdı.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar