SON XƏBƏRLƏR

2 aprel (13 fərvərdin) Yığıncağında tutuqlanan soydaşlarımız hələdə naməlum vəziyyətdə saxlanılırlar

2021.10.20, 07:36
2 aprel (13 fərvərdin) Yığıncağında tutuqlanan soydaşlarımız hələdə naməlum vəziyyətdə saxlanılırlar

Gunaz.tv

GünAz TV: 2011-ci il aprel ayının 2-də (fərvərdinin 13-də) Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə həyata keçirilən Etiraz Yığıncağında yaxalanan bir neçə soydaşımız hələ də həbsdə saxlanılırlar.

 

Məlumata görə, Həbib Purvəli, Əli Səlimi, Səid Siyami, Höccət Muxtarzadə və Cəlil Ələmdar Milani aprel ayının 23-də (ordibeheştin 3-ü) Təbriz Məhkəməsinə gətirilib və onların barəsində qərar çıxarılmalı idi. Ancaq görünən odur ki, bu hələ baş tutmayıb və onlar həbsdə saxlanılırlar.

 

Saxlanılan soydaşlarımızın ailəsi isə onların naməlum vəziyyətindən narahatdırlar və öz yaxınlarının qeyd-şərtsiz azadlığını tələb edirlər.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəalların heç biri vəkil hüququndan faydalana bilməməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar