SON XƏBƏRLƏR

Kanadalı jurnalist: "Ermənilər əzilən tərəf kimi görünməyi çox sevirlər. Lakin, türklər və azərbaycanlılarla qarşılaşdıqda simaları dəyişir"

2021.10.20, 07:36
Kanadalı jurnalist: "Ermənilər əzilən tərəf kimi görünməyi çox sevirlər. Lakin, türklər və azərbaycanlılarla qarşılaşdıqda simaları dəyişir"

Gunaz.tv

GünAz TV: Skott Teylor bildirib ki, "Türkləri ittiham edən amerikalı konqresmenlər öncə qətlə yetirdikləri hinduların haqları ilə maraqlansalar daha məqsədəuyğun olardı."

Kanadada və Avropada nəşr olunan “Esprit de Corp” jurnalının təsisçisi, tanınmış jurnalist Skott Teylor BBC kanalının türkcə proqramına müsahibəsində bildirib ki, dünyada məzlum görkəmi ilə diqqəti cəlb etməyə çalışan ermənilər üçün saxta “soyqırımı” iddiaları bir kimlik olub.

 

Skott Teylorun sözlərinə görə, ermənilər əzilən tərəf kimi görünməyi çox sevirlər. Lakin, türklər və azərbaycanlılarla qarşılaşdıqda simaları dəyişir.

 

"Onlar mənimlə söhbət zamanı Dağlıq Qarabağdakı hərbi hissələrinə Osmanlı ordusuna qarşı vuruşmuş generallarının adını verdiklərini söyləyirlər. Digər tərəfdən, bunun beynəlxalq icma tərəfindən bilinməsini də istəmirlər. Çünki, onların Osmanlıya qarşı qaldırdıqları üsyanlar və qətlə yetirdikləri yüz minlərlə türk haqqında həqiqətlər ortaya çıxa bilər. Məzlum görünmək istəyən ermənilər, 1992-ci ildə əllərinə fürsət düşdükdə eyni qətliamları Dağlıq Qarabağda da törətdilər. Onlar bunun da dünyaya məlum olmasını istəmirlər. Bu “məzlum erməni” imicinə zərər vura bilər", deyə jurnalist vurğulayıb.

 

Kanadalı jurnalist onu da əlavə edib ki, erməni lobbisi 1915-ci ildə ölənlərin sayını durmadan artırmaqla məşğuldur. İlkin rəqəmlər 300 ilə 600 min arasında idi, lakin son illər bu 1 milyon 500 minə çatdırılıb. Halbuki, həmin illərdə Osmanlı dövlətində 1,6 milyon erməninin yaşadığı bildirilir. Doğru rəqəmlərin açıqlanması üçün ermənilər Türkiyənin arxivləri (arşivləri) açmaq təklifinə müsbət cavab verməlidirlər. Amma, bu da onlara sərf etmədiyindən arxivləri açmaqdan imtina edirlər. Bu gedişlə erməni iddialarına görə ölənlərin sayı II Dünya müharibəsində həlak olan yəhudilərin sayından da çox olacaq. Bu saxta iddialar da yəhudiləri qəzəbləndirir.

 

Türkiyənin erməni iddialarını heç bir zaman qəbul etməyəcəyini də vurğulayan Skott Teylor bildirib ki, dünyanın heç bir parlamentinin saxta “soyqırımı” iddialarını qəbul etməyə hüquqi və mənəvi haqqı yoxdur. Türkləri ittiham edən amerikalı konqresmenlər öncə qətlə yetirdikləri hinduların haqları ilə maraqlansalar, daha məqsədəuyğun olardı. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar