SON XƏBƏRLƏR

Koronavirusa ilk yoluxanlar 3 alim olub

2023.06.16, 13:20
Koronavirusa ilk yoluxanlar 3 alim olub

Koronavirusun mənşəyi barədə yeni hesabata əsasən koronavirusa ilk yoluxanlar Çinin Vuhan şəhərində yerləşən Virologiya Müəssisəsinin 3 alimi olub.

Gunaz.tv

“Substak” xəbər platformasında yerləşdirilmiş tədqiqat hesabatına əsasən həmin müəssisədə Sars virusunun genetik dəyişdirilməsi tədqiqatı ilə məşğul olan 3 alim koronavirusa ilk yoluxublar. 

Həmin vaxt onlarda bu virusa yoluxma əlamətləri müşahidə olunub.

Belə ki, onlar laboratoriyada genetik dəyişdirmə sınağı zamanı səhvə yol vermiş və bununla da 2019-cu ilin payızında koronaya tutulublar.

Həmin alimlərin adları Ben Hu, Pinq Yu və Yan Ju olub. Hətta onlardan ikisi 2019-cu ildə Sars virusunun yarasalarda genetik xətti barədə məqalə də nəşr etdiriblər.

Xatırladaq ki, Amerikanın Xarici İşlər Nazirliyi 2021-ci ilin yanvarında nəşr edilmiş hesabatında bu barədə bildirmiş, lakin virusun Vuhan laboratoriyasından sızdığına tam əmin olmadığını bildirmişdir.  

Qeyd edək ki, Vuhan Virologiya Müəssisəsi koronavirusun bu laboratoriyadan sızıb dünyaya yayılmasını inkar edir. 

Koronavirusun həmin müəssisədən yayılması tam sübut olarsa Çini kompensasiya ödəniş gözləyir. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar