SON XƏBƏRLƏR

Tehranda yalnız 1 ölkənin iştirakı ilə beynəlxalq sərgi keçiriləcək

2023.12.22, 15:14
Tehranda yalnız 1 ölkənin iştirakı ilə  beynəlxalq sərgi keçiriləcək

Rabitə, İnformasiya Texnologiyaları və Rəqəmsal İqtisadiyyat üzrə 24-cü Beynəlxalq Sərginin dekabrın 23-də açlışı olacaq

Gunaz.tv

Məlumata əsasən “Beynəlxalq” adını daşıyan sərgidə ancaq Çinin 6 cəmiyyəti iştirak edəcək. 
 

İranın Beynəlxalq Sərgilər Təşkilatının sərgi işləri üzrə müavini Hamid Biazar digər ölkələrin iştirak etmədiyi barədə belə deyib: “Digər ölkələrə yetərincə məlumat verilməsinə və təşkilatın daha çox iştirakçı dəvət etmək cəhdlərinə baxmayaraq, buna nail ola bilmədik.”

“Hətta Rusiyaya sərgidə yaxşı və böyük köşklər veriləcəyini vəd etsək də, bu olayda iştiraka maraq göstərmədilər.  Ona görə də builki telekom sərgisində ancaq az sayda çinli cəmiyyətlər beynəlxalq iştirakçı olacaq”, - deyə Biazar qeyd edib.

Sərgi təşkilatı Ermənistan, Əfqanıstan, Suriya, İraq, Türkmənistan və Özbəkistan kimi respublikalardan tacir heyətlərin sərgiyə baxmaq üçün gələcəklərini də bildirib.

Xartırladaq ki, İranın qonşusu olan BƏƏ eyni sərgini GITEX adı ilə Dubayda illik keçirir. 

220px-GITEX_Global_logo.png

GITEX və yaxud Körfəz İnformasiya Texnologiyaları Sərgisində (Gulf Information Technology Exhibition) dünyanın yüzlərlə ölkəsinin müxtəlif cəmiyyətləri iştirak edir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar