SON XƏBƏRLƏR

Britaniya və Rusiya İrandan cavab gözləyir

2021.10.20, 07:36
Britaniya və Rusiya İrandan cavab gözləyir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Britaniya və Rusiya İran rəsmilərindən tələb edir ki, onlar aşağı dərəcəli uranın Rusiyada zənginləşdirilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin təkliflərinə tezliklə cavab versin. Britaniya xarici işlər naziri Deyvid Miliband deyir ki, o, və rusiyalı həmkarı Sergey Lavrov hər ikisi İrandan BMT-nin dəstəklədiyi plana təcili cavab verməyi gözləyir. Lavrov ümid etdiyini bildirib ki, Tehran planı qəbul edəcək. İranın xarici işlər naziri isə deyir ki, onun ölkəsi Beynəlxalq Atom Enerjisi Agentliyindən İranın aşağı dərəcəli uranını xaricə göndərmək haqda təklifi araşdırmaq üçün texniki komissiya təsis etməyi xahiş edib. Mənuçehr Motəkkinin Malayziyada açıqladığı son bəyanat İran qanunvericilərinin plana qarşı çıxmalarından sonraya təsadüf edir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar